Bakıda maşınların üstünə kərpic atdılar - VİDEO - FOTO

Xəbərlər 22 Noyabr 2019 15:45 Oxunub 3214
Bakıda maşınların üstünə kərpic atdılar  - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Almaz Park” Yaşayış Kompleksinin qarşısında iki gündə iki avtomobillə ciddi maddi ziyan dəyib

Yasamal rayonunda qəribə hadisə baş verib. Rayonun Həsən Məcidov küçəsi, 3 ünvanında yerləşən “VİTR- Fitness” fitnes klubun yaxınlığında, “Almaz Park” Yaşayış Kompleksinin qarşısında iki gündə iki avtomobillə ciddi maddi ziyan dəyib. Hadisə şahidlərinin redaksiyamıza verdiyi məlumata görə, həmin bina sakinlərindən biri avtomobillərin üzərinə kərpic, daş, məişət tullantıları ilə dolu tobalar atır: “Dünən avtomobili həmin ərazidə saxlamışdıq. Axşam saat 18:00 radələrində avtomobilin üzərinə binadan daş tullayıblar. Avtomobilə maddi ziyan dəyib. Həmin binanın komendantına müraciət etdik.

Onun dediyinə görə, binada yaşayan sakinlərdən biri ilə bağlı tez-tez şikayətlər olur, amma dəqiq heç nə görən, bilən yoxdur. Məsələ ilə bağlı polisə şikayət ərizəsi vermişik. Ümid edirik ki, ciddi şəkildə araşdırılacaq. Çünki həmin yerdən insanlar da keçir. Bu onların həyatı üçün də ciddi təhlükədir”.

 

oxu.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh