Xırdalanda sərnişin avtobusu yeni qazılmış yolda batıb - FOTO

Gündəm 22 Noyabr 2019 16:30 Oxunub 1103
Xırdalanda sərnişin avtobusu yeni qazılmış yolda batıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobusu batdığı çuxurdan çıxarmaq mümkün olmayıb

Abşeron rayonunda sərnişin avtobusu yeni qazılmış yolda batıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a rayon sakinləri məlumat verib. Bildirilib ki, hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə hərəkət edən 119 nömrəli xəttin 10-TG-702 qeydiyyat nişanlı sərnişin avtobusu yeni qazılmış çuxurda batıb.

Daha sonra sürücü avtobusda olan sərnişinləri düşürməyə məcbur olub. Sürücü nə qədər çalışsa da, avtobusu batdığı çuxurdan çıxarmaq mümkün olmayıb.

Qeyd edək ki, bir müddətdir Xırdalan şəhərinin əksər küçə və prospektlərində qazıntı işləri aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh