Culfa–Ordubad yolunun yenidən qurulmasına 34,3 milyon manat ayrılıb

Gündəm 22 Noyabr 2019 17:30 Oxunub 784
Culfa–Ordubad yolunun yenidən qurulmasına 34,3 milyon manat ayrılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
34,3 milyon (otuz dörd milyon üç yüz min) manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb

Prezident İlham Əliyev Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

APA-nın xəbərinə görə, sərəncama əsasən, Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 34,3 milyon (otuz dörd milyon üç yüz min) manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh