Bakıda dəhşətli qəzada iki nəfər öldü - SİYAHI - YENİLƏNİB - FOTO

Gündəm 22 Noyabr 2019 17:45 Oxunub 2214
Bakıda dəhşətli qəzada iki nəfər öldü - SİYAHI - YENİLƏNİB - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yük maşınında olan iki nəfər ölüb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a bildirilib ki, yük avtomobili yüksək sürətlə hərəkətdə olub. Nəqliyyat vasitəsi əvvəlvə yol kənarındakı dəmir arakəsmələrə toxunub, təxminən 60 metr hərəkət etdikdən sonra körpünün üstündə əyri xətli tirləri və beton piltəni aşıraraq aşağı düşüb. Qəza nəticəsində yol təsərrüfatına xeyli ziyan dəyib.

***

Bakıda yük maşının körpüdən aşması nəticəsində dünyasını dəyişən şəxslərin kimliyi məlum olub. Onlar Masallı rayon sakinləri - 29 yaşlı Əzim Ağabəy oğlu Məmmədov və 27 yaşlı Xəzər İntiqam oğlu Hüseynovdur. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

***

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA -nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsində qeydə alınıb. “Shacman” markalı yük maşını körpüdən aşıb. Nəticədə yük maşınında olan iki nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh