Nazirlik sürücüləri sevindirdi - Nömrə, texpasport, texniki baxış... - FOTO

Avtoxəbər 22 Noyabr 2019 18:00 Oxunub 13185
Nazirlik sürücüləri sevindirdi - Nömrə, texpasport, texniki baxış... - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xidmət bütün respublika üzrə davam etdiriləcək

Səyyar xidmət kampaniyası ilə Kənd Təsərrüfatı Nazirliyinin bütün qurumları zəhmətkeş insanlara yerində xidmət göstərir, problem və şikayətlərini operativ həll edir. Avtosfer.az xəbər verir ki, bu dəfə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin “Səyyar Xidmət” Qrupu Füzuli rayonu, 5 nömrəli Zobucuq qəsəbəsində etibarlılıq müddəti bitmiş, yararsız hala düşmüş traktor sürücüsü vəsiqələrinin qısa müddətdə dəyişdirilməsi, dövlət qeydiyyatına alınmayan texnikaların dövlət qeydiyyatına alınması, itirilmiş və ya xarab olmuş dövlət qeydiyyat şəhadətnasinin yenisi ilə əvəz edilməsi, nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi xidmətlərini həyata keçirərək, vətəndaşlara yerindəcə xidmət göstərib.

Qeyd edək ki, xidmət bütün respublika üzrə davam etdiriləcək,

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh