"Azərbaycan Dəmir Yolları" açıqlama yayıb

Gündəm 22 Noyabr 2019 20:00 Oxunub 825
"Azərbaycan Dəmir Yolları" açıqlama yayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş vermiş hadisə isə aidiyyəti üzrə araşdırılır

Bu gün saat 14:10-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri-Heybət mənzilinin 521-ci kilometrindəki avtomobil körpüsündə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, AZ 99-SA-781/ AZ 99-ZE-781 dövlət qeydiyyat nişanlı, “Kamaz” markalı yük avtomobili körpünün üzərindən aşaraq dəmir yolu xəttinin üstünə düşüb. Sürücü Xəzər İnqilab oğlu Yusifli və onun sərnişini hadisə yerində dünyalarını dəyişiblər. Qəza nəticəsində dəmir yolunun hər iki istiqamətində kontakt şəbəkəsi və yan xətlər tam sıradan çıxıb və qatarların hərəkəti üçün bağlıdır. Qatarların hərəkətinin bərpa edilməsi istiqamətində iş aparılır. Baş vermiş hadisə isə aidiyyəti üzrə araşdırılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh