Qəza deyil dəhşətdir: “Kamaz”la toqquşan “VAZ” iki hissəyə bölündü, 5 nəfər öldü - FOTO

Avtosfer Foto 23 Noyabr 2019 16:30 Oxunub 1913
Qəza deyil dəhşətdir: “Kamaz”la toqquşan “VAZ” iki hissəyə bölündü, 5 nəfər öldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölənlərdən 4-ü yeniyetmədir

Şimali Osetiyada minik avtomobilinin və yük maşınının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident ötən gecə Mozdok – Proxladnıy avtomagistralının 11-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, “VAZ-2106” markalı minik avtomobili əks zolağa çıxaraq “Kamaz” markalı yük maşını ilə toqquşub. Nəticədə “VAZ”da olan 5 nəfər hadisə yerində dünyasını dəyişib.

Bildirilir ki, ölənlərin 4 nəfəri 1993, 1998, 2000 və 2001-ci illərdə dünyaya gəlmiş yeniyetmələrdi.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh