Qadın sürücü maşını 9 metrlik hündürlükdən aşağı saldı - FOTO

Avtosfer Foto 23 Noyabr 2019 23:59 Oxunub 1633
Qadın sürücü maşını 9 metrlik hündürlükdən aşağı saldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı qadın hadisə yerinə çağırılan ambulnasla xəstəxanaya çatdırılıb

Türkiyənin İstanbul şəhərində qadın sürücünün idarə etdiyi avtomobil qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, insident ötən gün Eyyubsultan rayonunun Çırçır məhəlləsində qeydə alnıb.

Məlumata görə, evinə gələn əcnəbi qadın Zinep R., avtomobilini park etmədən öncə iki uşağını aşağı endirib. Uşaqlarını endirdikdən sonra 34 MN 3395 qeydiyyat nömrə nişanlı maşınını park etmək istəyən qadın, əyləc yerinə qaza basıb. Bundan sonra idarəetmədən çıxan avtomobil yolun qarşı tərəfindəki inşaat sahəsinin hasarına çırpılıb. Hasarı da aşıran maşın 9 metr hündürlükdən aşağı düşüb. Hadisəni görən vətəndaşlar, inşaat dəmirlərinin üzərinə düşən nəqliyyat vasitəsində olan Zinep R.-i maşının şüşəsini sındırılaraq oradan çıxarıblar. Yaralı qadın hadisə yerinə çağırılan ambulnasla xəstəxanaya çatdırılıb.

Avtomobil isə kran vasitəsi ilə inşaat ərazisindən çıxarılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh