Bakıda ŞOK qəza: 10 minlik maşın 700 minlik maşınları belə əzdi - REAL VİDEO

Avtosfer TV 24 Noyabr 2019 10:00 Oxunub 30628
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"KİA Picanto" "GL", "Audi" və "Maserrati"ni əzdi

Bakıda baş vermiş qəza hadisəsi kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Həsən Əliyev küçəsi ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində baş verib. "KİA Picanto" markalı avtomobilin sürücüsü nizamlanmayan yolayrıcında sola dönmə edərək sağdan gələn "Mercedes GL" markalı avtomobil ilə toqquşur.

Zərbənin gücündən sağa dönmək üçün yolayrıcında dayanmış iki bahalı avtomobil - "Audi" və "Maserrati"yə dəyir. Nəticədə bütün avtomobillər ziyan çəkir.

Ümumilikdə qəzada təxminən dəyəri 700 min manat olan üç avtomobil 10 minlik "Kia"nın günahı ucbatından ziyana düşür.

Görüntüləri təqdim edirik:

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh