“Toyota” 12 mindən çox avtomobili geri çağırır

Avtobazar 23 Noyabr 2019 23:30 Oxunub 2490
“Toyota” 12 mindən çox avtomobili geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Toyota" şirkəti həmin avtomobillərdəki nasazlıqları öz hesabına aradan qaldıracağını vəd edib

Yaponiyanın avtomobil istehsalçısı “Toyota” enerji doldurma proqramının nasazlığı qüsurlarına görə 12 mindən çox avtomobili Çin bazarıdan geri çağırır.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Bildirilir ki, həmin avtomobillərdə mühərrikin nəzarət kompüterində enerji yükləməsinə nəzarət proqramlarının nasazlığı səbəbindən batareyalar düzgün çalışmaya və nəticədə mühərrik işə düşməyə bilər.

 

Dekabrın 29-dan başlayacaq proses zamanı 2017-ci ilin dekabrından cari ilin martınadək olan müddətdə istehsal olunmuş "Alphard" modeli avtomobillər geri çağırılacaq.

"Toyota" şirkəti həmin avtomobillərdəki nasazlıqları öz hesabına aradan qaldıracağını vəd edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh