Mikroavtobus TIR-la toqquşdu: 6 ölü, 2 yaralı - VİDEO

Avtosfer TV 24 Noyabr 2019 12:00 Oxunub 1504
Mikroavtobus TIR-la toqquşdu: 6 ölü, 2 yaralı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dünyasını dəyişənlərin Özbəkistan və Tacikistan vətəndaşları olduğu bildirilir

Rusiyanın Orenburq əyalətində mikroavtobusun və yük maşınının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün səhər saatlarında Orenburq – Akbulak avtomagistralının 15-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “Hundai” markalı mikroavtobus əks zolaqdan gələn TIR-la toqquşub. Zərbənin şiddətindən mikroavtobus deformasiyaya uğrayaraq metal yığınına dönüb.

Nəticədə 6 nəfər ölüb, daha 2 nəfər isə xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Dünyasını dəyişənlərin Özbəkistan və Tacikistan vətəndaşları olduğu bildirilir.

Hüquq-mühafizə orqanları tərəfindən qəzanın baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh