Bakıda yolu zəbt edən rus nömrəli "Maybach" kimindir? - FOTO

Avtosfer Foto 25 Noyabr 2019 08:00 Oxunub 7198
Bakıda yolu zəbt edən rus nömrəli "Maybach" kimindir? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun bu əməli digərlərini qəzəbləndirib

Bakıda parklanma qaydasını kobud şəkildə pozaraq yolu kəsən sürücünün görüntülərini oxuculardan biri qeydə alaraq redaksiyamıza göndərib.
Avtosfer.az xəbər verir ki, noyabrın 24-də paytaxtın Badamdar şossesində M 025 AH 97 rusiya qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü, idarə etdiyi avtomobili piyada keçidinin üzərində çəpəki park edərək hərəkəti məhdudlaşdırıb. Onun bu əməlini digər hərəkət iştirakçıları qəzəblə qarşılayıb.
Bir neçə nəfər ona irad bildirsə də, sürücü avtomobili yoldan kənara çəkməyib.

Ümid edirik aidiyyəti qurumlar sürücünün bu özbaşnalığı barədə ciddi tədbir görəcək.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh