Sükan arxasında telefonla oynayan avtobus sürücüsü - VİDEO

Avtosfer TV 25 Noyabr 2019 08:30 Oxunub 1508
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu cür sürücülər xəttən uzaqlaşdırılmalıdır

Paytaxtda fəaliyyət göstərən marşrut avtobusu sürücüsünün təhlükəli hərəkətlərini sərnişinlərdən biri videoya çəkərək redaskiyamızın elektron ünvanına göndərib.
Avtosfer.az xəbər verir ki, paytaxtın mərkəzi küçəsi ilə hərəkət edən 99-JR-210 qeydiyyat nişanlı "Daewoo" markalı marşrut avtobusunun sürücüsü, nəqliyyat vasitəsinin hərəkəti zamanı mobil telefondan istifadə edərək fikrini yoldan yayındırıb. O, telefonla məşğul olduqdan sonra kiminləsə əlaqə saxlayaraq danışmağa başlayıb. Bu zaman sürücü hər iki əlini sükandan çəkərək avtobusu idarə edib.
Sürücünün bu hərəkəti yolverilməzdir. Ani bir diqqətsizlik ağır yol nəqliyyat hadisəsinə səbəb ola və sərnişinlərin xəsarət alması ilə nəticələnə bilər.

Bu cür məsuliyyətsizlik edən sürücüləri xətdən kənarlaşdırmaq daha məqsədəuyğundur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh