Qəza törədib sürücünü yaralı vəziyyətdə qoyub qaçan şəxsin qəza anının VİDEOSU

Avtosfer TV 30 Noyabr 2019 09:22 Oxunub 10052
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzadan 15 gün keçib, qəzanı törədən tapılmır

Noyabrın 10-u saat 20:30 radələrində, Ziya Bünyadov prospektində yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, 10 AR 171 dövlət nömrə nişanlı, "Audi" markalı avtomobilin sürücüsü 10 VH 045 dövlət nömrə nişanlı, "KİA" markalı avtomobili arxa sol tərəfdən vurub.
Hadisə nəticəsində "KİA" markalı avtomobili idarə edən Məmmədov Pərvin Firdovsi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onun iki diz qapağı, boyun və qulağında çoxsaylı xəsarətlər var.

"VİP lizinq" şirkətinə məxsus olan "Audi" markalı avtomobili yol vərəqəsi ilə idarə edən 1996-cı il təvəllüdlü Quliyev Akif Rafiq oğlu isə həm yaralı vəziyyətdə olan digər sürücünü, həm də öz avtomobilini hadisə yerində qoyaraq qaçıb.

Avtomobil isə cərimə meydançasındadır.

Avtosfer.az-a müraciət edən xəsarət alan sürücü Pərvin Məmmədovun qardaşı Anar Məmmədov deyir ki, hadisədən 16 gün keçməsinə baxmayaraq qəzanı törədən sürücü “qeybə çəkilib.” “İki dəfə müstəntiq dəyişib, Baş İdarə açıqlama yayıb, amma hələ bir nəticə yoxdur. Daxili İşlər Nazirliyinə rəsmi müraciət etmişəm. Nazirin qəbuluna yazılacam. Çünki başqa yolum qalmayıb.”

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsi “Qəza törədib sürücünü yaralı vəziyyətdə qoyub qaçan şəxs 8 gündür niyə tapılmır?” sərlövhəli yazıya münasibət bildirilib.

“Faktla bağlı toplanmış materiallar əsasında Nərimanov RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri əsasında cinayət işi başlayıb”. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən “Avtosfer.az” saytına bildirilib ki, cinayət işi üzrə araşdırmanın gedişi Bakı Şəhər Baş Polis İdarəsinin nəzarətindədir: “Hazırda faktla bağlı araşdırmalar davam etdirilir”.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh