Yeni “Toyota C-HR” “Toyota Abşeron” Mərkəzində satışda - FOTO

Avtodünya 25 Noyabr 2019 11:45 Oxunub 1768
Yeni “Toyota C-HR” “Toyota Abşeron” Mərkəzində satışda - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Toyota Abşeron” Mərkəzi üçün sizi test-drayva dəvət edir

“Toyota”nın Azərbaycandakı rəsmi dileri “Toyota Abşeron” Mərkəzi yeni “Toyota C-HR” modelini təqdim etdi. Cazibədar konturları, müasir, ritmik dizaynı ilə seçilən avtomobilin həm eksteryerində, həm də interyerində dəyişikliklər nəzərə çarpır. 

Həmişə parlaq imici ilə seçilən “Toyota C-HR” yeni dizaynlı LED ön-arxa işıqlar, yenilənmiş yüngüllehimli disklər və canlı eksteryer rəngləri sayəsində daha da göz qamaşdırır. Üstəlik, tavan üçün ayrı, korpus üçün ayrı rəng seçmək imkanı verən ikitonlu rəng kombinasiyaları onu bir-birinə bənzəyən avtomobil axınında mütləq fərqləndirəcək. 

Yeni “Toyota C-HR” heçbek dinamikasını SUV rahatlığı ilə birləşdirir. Android Auto və Apple Car Play ilə uyğunlaşan yeni tamtəchizatlı multimedia sistemi ilə daimi informasiya dövriyyəsini təmin edir.

Belə ki, telefonu avtomobillə əlaqələndirərək xəritə, naviqasiya, musiqi və mesajların səsli oxunması və s. imkanlardan yararlanmaq mümkündür. 9 spikerli premium səs sistemi isə səfərlərdə bol və keyfiyyətli əyləncə vəd edir. 

“Toyota Abşeron” Mərkəzi bu bənzərsiz avtomobili daha yaxından tanımaq və sınaqdan keçirmək üçün sizi test-drayva dəvət edir. 

Daha ətraflı: *0110 / https://toyota-absheron.az/test-drive

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh