Luis Hemilton "Formula 1"dən gedəcəyi vaxtı açıqlayıb

Yarışma 25 Noyabr 2019 19:15 Oxunub 1585
Luis Hemilton "Formula 1"dən gedəcəyi vaxtı açıqlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Nə vaxtsa elə bir an gələcək ki, bu növlə məşğuliyyət istəməyəcəksən"

"Mercedes" pilotu Lüis Hemilton "Formula 1"dən gediş vaxtını açıqlayıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 6 qat dünya çempionu hazırda özünü yaxşı hiss etdiyini bildirib. Onun sözlərinə görə, hazırlıq səviyyəsi nə vaxtsa pisləşsə, məşq etməyə bilər: "Sözsüz ki, lazımi səviyyəni saxlamağın mümkün olmadığı an yetişəcək. Yüksək səviyyədə davam etdirmək üçün çox şeyi qurban vermək lazımdır. Ailə və dostlardan uzaqda çoxlu vaxt keçirmək lazım gəlir. Nə vaxtsa elə bir an gələcək ki, bu növlə məşğuliyyət istəməyəcəksən".

Qeyd edək ki, Lüis Hemilton "Formula 1"də 2007-ci ildən çıxış edir. 34 yaşlı pilot "Mercedes"ə 2013-cü ildə gəlib. Onunla müqavilə 2020-ci ilin sonunda başa çatacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh