Cari ildə ölkədə 1880 minik avtomobili istehsal edilib

Avtoxəbər 25 Noyabr 2019 20:30 Oxunub 1221
Cari ildə ölkədə 1880 minik avtomobili istehsal edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanvar-oktyabr aylarında

Yanvar-oktyabr aylarında Azərbaycanda 1880 minik avtomobili istehsal olunub. Dövlət Statistika Komitəsindən Avtosfer.az-a bildirilib ki, 10 ayda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 227,5 milyon manatlıq məhsul istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,5 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 30,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 10,8 faiz azalıb.

Həmçinin hesabat dövründə 899 traktor istehsal edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh