Avtosfer.az | Reklam
“Porsche” Formula 1-ə gəlməsi barədə şayiələri bir daha təkzib edib
Yarışma 25 Noyabr 2019 21:00 614 dəfə oxunub
“Porsche” Formula 1-ə gəlməsi barədə şayiələri bir daha təkzib edib
Komanda bundan sonra “Ford” şirkətinin mühərriklərinə keçib

“Porsche” avtomobil şirkətinin avtomobil idmanı proqramının rəhbəri Frits Entsinger növbəti dəfə bəyan edib ki, alman firması yaxın vaxtlarda nə motor tədarükçüsü qismində, nə də ayrıca bir zavod komandası kimi Formula 1-də iştirak etməyə hazırlaşmır. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, əvvəllər “Porsche” avtomobil şirkəti idman prototipləri yürüşlərindən uzaqlaşıb və hazırda avtomobil idmanı bölməsinin əsas səylərinin yönəldiyi Formula-E yarışlarında iştirak edir. GrandPX.news portalı xəbər verir ki, Etsingerdən şirkətin Formula 1-ə gəlməsinin mümkünlüyünü soruşublar. “İndi o zamanlar deyil. Formula 1 bizim üçün artıq keçmişdə qalıb”, - deyə o cavab verib. “Porsche” avtomobil şirkətinin Formula 1-də axırıncı iştirakı 1991-ci ildə olub. Həmin vaxt şirkət “Futvork” komandasına motor tədarük edib. Komanda bundan sonra “Ford” şirkətinin mühərriklərinə keçib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh