Yol polisi "protiv" gedən sürücünü cərimələdi - 90 FM 700 - VİDEO

Avtosfer TV 7 Dekabr 2019 12:01 Oxunub 3857
WhatsApp kanalımıza abunə ola bilərsiniz
1.1 xəttinin tələblərini kobud şəkildə pozaraq əks istiqamətə çıxıb

Bakıda qaydaları kobud şəkildə pozan avtomobilin sürücüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Xəzər rayonu, Almas İldırım küçəsində qeydə alınıb. 90 FM 700 dövlət nömrə nişanlı, "Mercedes S class" markalı avtomobilin sürücüsü 1.1 xəttinin tələblərini kobud şəkildə pozaraq əks istiqamətə çıxıb. Bununla da qarşıdan gələn nəqliyyat vasitələrinə təhlükə yaradıb. Sürücü eyni qayda pozuntusunu bir neçə dəfə təkrarlayıb. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, sürücü aşkar edilib və İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə görə 100 manat və 4 bal cərimə edilib. Videonu təqdim edirik:

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh