Səfər müəllimin diqqətinə: "İstehsal tarixi 1 ildən çox olduqda vergi 7966 manat təşkil edir"

Yazarlar 27 Noyabr 2019 14:50 Oxunub 1960
Səfər müəllimin diqqətinə: "İstehsal tarixi 1 ildən çox olduqda vergi 7966 manat təşkil edir"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
600-700 manat dediyi aksiz vergisidir

Dünən Dövlət Gömrük Komitəsinin (DGK) sədri keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəyə gətirilən  "Hybrid" nəqliyyat vasitələrinin mühərriklərinin həcmi 1500-2000 sm2 təşkil edir və onlara tətbiq edilən gömrük rüsumu 600-700-1500 manatdır. "Hybrid" maşınlar üçün minimal məbləğdə olan gömrük rüsumunun ləğvi məqsədəuyğun deyil.

Avtosfer.az “Marja”-a istinadla xəbər verir ki, vergi eksperti Vəli Əliyev Səfər Mehdiyevin açıqlamasında səsləndirdiyi vergi məbləğlərinin doğru olmadığına işarə edib:

"Səfər müəllimin diqqətinə: 1-ci idxal olunan nəqliyyat vasitəsinin "Hybrid" və ya daxili yanma mühərriki olmasından asılı olmayaraq idxal vergi və rüsümları dəyişilməzdir. 2-ci 600-700 manat dediyi aksiz vergisidir. Üçüncü 10000 dollar dəyərində 1700 sm3 mühərriki olan nəqliyyat vasitəsinin idxalı zamanı tutulan cəmi vergi və gömrük rüsumlarının məbləği istehsal tarixi 1 ilədək olduqda təqribən 6261 manat, istehsal tarixi 1 ildən çox olduqda 7966 manat təşkil edir”.

Mövzu ilə əlaqədar iqtisadçı Rövşən Ağayev bildirib ki, hətta elektromobilləri də tam vergidən azad rejimə keçirməyə ürəkləri gəlmir: “Onlar ƏDV-dən azaddır, amma 15%-lik idxal rüsumuna cəlb edilir. Hökumət ən azından elektromobilləri və hibrid maşınları heç olmazsa 5 illik müddətə 0% vergiyə rejiminə keçirməli idi. Mühərrikinin həcmi 1500 sm3-u ötməyən daxili yanma mühərriki ilə işləyən minik avtomobilləri də istismar müddəti 3 ili ötmədikdə ən azından indiki ilə müqayisədə 2 dəfə az vergi ödəmək imkanı tanınmalı idi. Yəni 7 ildən çox istismar müddəti olan avtomobillərin idxalı qadağan olunan ölkədə mən deyən addımlar atılmalıdır”.

Xəbər verdiyimiz kimi, Səfər Mehdiyev bildirib ki, Komitə tərəfindən yaşı 7 ildən yuxarı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinə məhdudiyyət qoyulması təklif edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh