Sürücülərin diqqətinə: Bu yolda radara düşəcəksiniz; Sürət həddi endirilib - FOTO

Avtoxəbər 28 Noyabr 2019 14:45 Oxunub 15131
Sürücülərin diqqətinə:  Bu yolda radara düşəcəksiniz; Sürət həddi endirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərəkət sürəti 110-dan 90-a endirilib

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət sürəti aşağı endirilib. Avtosfer.az xəbər verir ki, qeyd olunan yolun 110 km saat sürət təşkil olunmuş hissəsində hərəkət sürəti 90 km saat sürətə endirilib. Hərəkət sürətinin aşağı salınmasına səbəb yolun texniki tələblərinin aşağı səviyyədə olmasıdır. Həmin yolda baş verən qəzaların təhlili zamanı məlum olub ki, qəzaların əksəriyyəti hərəkət sürətinin aşılmasına görə baş verib və qəzaların ağırlıq dərəcəsinə də məhz sürət həddinin yüksək olması səbəb olub.

Bakı-Quba yolundan istifadə edən sürücülərin diqqətinə çatdırırq ki, adəti üzrə yüksək sürətlə hərəkət etməsinlər. Yolda yeni quraşdırılmış nişanlara diqqətlə baxsınlar və hərəkət sürətinə ciddi şəkildə riayət etsinlər. 

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh