Avtosfer.az | Reklam
Əks zolağa çıxan “06” “Mitsubishi” ilə toqquşdu: 4 ölü, 2 ağır yaralı - VİDEO
Avtosfer TV 28 Noyabr 2019 17:30 5983 dəfə oxunub
Əks zolağa çıxan “06” “Mitsubishi” ilə toqquşdu: 4 ölü, 2 ağır yaralı - VİDEO
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb

Dağıstanda iki minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident noyabrın 28-də Talqi – Buynaksk avtomagistralının 4-cü kilometrliyində qeydə alınıb.

Məlumata görə, 25 yaşlı sürücü idarə etdiyi “VAZ-2106” markalı avtomobillə ötmə əməliyyatını yerinə yetirən zaman, yolun əks istiqamətinə çıxaraq hərəkətdə olan “Mitsubishi Lancer” markalı maşınla toqquşub. Zərbənin şiddətindən hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

Nəticədə 4 nəfər ölüb, daha 2 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh