Sürücüləri və piyadaları düşündürəcək layihə – VİDEOÇARX

Gündəm 6 May 2015 12:04 Oxunub 1192
Sürücüləri və piyadaları düşündürəcək layihə  – VİDEOÇARX
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Videoçarxlar və şəkillər NİİM tərəfindən ictimaiyyətə çatdırılır

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi (NN) və Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsi (BEGOC) birgə daha bir maarifləndirici sosial videoçarx hazırlayıb.

Avtosfer.az xəbər verir ki, Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimaiyyətə təqdim etdiyi videoçarxda piyadaları daha məsuliyyətli olmağa və öz həyatlarını təhlükəyə atmamağa dair şüarlar səslənib.

Sosial videoçarxda piyada keçidindən istifadə etməyən insanların faciə ilə üzləşəcəyi göstərilir. Bu cür hadisələrin baş verməməsi üçün piyadalara yeraltı və yerüstü piyada keçidindən istifadə etməyə dair çağırış edilib. 

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Nəqliyyat Nazirliyi Bakı-2015 I Avropa Oyunları Əməliyyat Komitəsi ilə (BEGOC) birgə yeni sosial şəkillər hazırlamışdılar.

NİİM-in mətbuat katibi Şəfa Mehmanqızı oxu.az-a bildirib ki, maarifləndirici sosial videoçarxların və şəkillərin əsas məqsədi, Bakı-2015 Avropa Oyunları ərəfəsində sürücüləri və piyadaları daha diqqətli, məsuliyyətli və başqalarının həyatını təhlükəyə atmamaq barədə çağırışın edilməsidir. 

Videoçarxlar və şəkillər NİİM tərəfindən ictimaiyyətə çatdırılır.

BEGOC və NN-in hazırladığı sosial şəkillər və videoçarxlar NİİM-in Facebook səhifəsində yayımlanır. Sosial şəkillər şəhərin 664 avtobus dayanacağında quraşdırılan avtobus informasiya terminalında, eyni zamanda Bakıya yeni gətirilmiş avtobusların üzərində əks olunub. 

Nəqliyyat Nazirliyi və BEGOC-un yol təhlükəsizliyinə dair birgə hazırladığı maarifləndirici layihələr əhali tərəfindən müsbət qarşılanıb. Həmin fotolara böyük maraq göstərilir.

Avtobus dayanacaqlarında quraşdırılan avtobus informasiya terminalında göstərilən fotolarda piyadalara daha məsuliyyətli olmaq tövsiyə edilib, burada piyadanın yolun hansı hissəsindən necə keçə biləcəyi də göstərilir.

Qeyd edək ki, Bakıda 2015-ci ilin ilk dörd ayı ərzində 286 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalar zamanı 92 nəfər ölüb, 327 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh