Sabahın hava proqnozu: YAĞIŞ YAĞACAQ

Gündəm 6 May 2015 12:55 Oxunub 1197
Sabahın hava proqnozu:  YAĞIŞ YAĞACAQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda havanın temperaturu gecə 8-12, gündüz 15-20 dərəcə isti olacaq

Mayın 7-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Avtosfer.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12, gündüz 15-20 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 17-22, dağlarda gecə 2-5 gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh