Bina sakini qapıçını tapança ilə vurdu – ANBAAN VİDEO

Avtosfer TV 29 Noyabr 2019 18:45 Oxunub 8117
Bina sakini qapıçını tapança ilə vurdu  – ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Növbətçi hakim qarşısına çıxarılan Canər Şahin həbs edilib

Türkiyənin Adana vilayətində bina sakini qapıçını tapança ilə vurub. Avtosfer.az xəbər verir ki, hadisə Seyhan rayonunun 2000 evlər məhəlləsində qeydə alınıb.

Məlumata görə, binanın mənzillərindən birində yaşayan Canər Şahin (27), naməlum səbəblərdən  binada qapıçı işləyən Ridvan Uçarla (31) mübahisə edib. Bundan sonra mübahisə böyüyərək davaya çevrilib. Təhlükəsizlik kamerasına düşən davada hər iki şəxs bina sakinlərini tərəfindən sakitləşdirilib.

Ancaq, bir müddət sonra Canər Şahin tapança ilə hadisə yerinə qayıdaraq Ridvan Uçara 3 əl atəş açıb. Uçar, bədəninin müxtəlif hissələrinə tuş gələn güllələr nəticəsində ağır yaralanıb.

Ağır xəsarətlər alan Uçar, çağırılan ambulansla Seyhan Dövlət Xəstəxanasına çatdırılıb.

Polis əməkdaşları hadisə törətməkdə şübhəli bilinən Canər Şahini saxlayaraq şöbəyə aparıblar.

Canər Şahin barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilin. Növbətçi hakim qarşısına çıxarılan Canər Şahin həbs edilib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh