Avtosfer.az | Reklam
FIA Rusiyanı "Formula 1" Qran-prisindən məhrum etməyi düşünmür
Yarışma 29 Noyabr 2019 16:30 333 dəfə oxunub
FIA Rusiyanı "Formula 1" Qran-prisindən məhrum etməyi düşünmür
Ancaq qeyri-olimpiya növlərində hər kəs özü üçün qərar verir

"Formula 1" üzrə Rusiya Qran-prisinin keçirilməsi WADA (Ümumdünya Antidopinq Agentliyi) və IOC (Beynəlxalq Olimpiya Komitəsi) tərəfindən mümkün sanksiyalar səbəbindən təhlükə altına düşməyəcək. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Avtomobil Federasiyasının (FIA) icraçı katibi Svetlana Şaxova məlumat verib.

O, olimpiya idman növlərinin digərlərindən fərqləndiyini söyləyib: "Hər hansı növdə beynəlxalq federasiya qaydalara və digər şeylərə nə dərəcədə riayət edəcəyinə özü qərar verir. Bütün olimpiya növlərinin "bir qaydada" olduqları məlumdur. Ancaq qeyri-olimpiya növlərində hər kəs özü üçün qərar verir. Hazırda FIA belə mövzuları gündəmə gətirmir. Düşünürəm ki, bu, avtomobil idmanına hələlik təsir etmir. Bu idman növündə bir bayraq altında çıxış edən komandalar yoxdur. İdmançılar fərdi qaydada yarışırlar. Bir müddət bizə diqqət etməyəcəklərini düşünürəm. Sanksiyalar 2014-cü ildə yenidən başlayanda və "Formula 1" üzrə Rusiya Qran-pri təhlükəyə düşəndə FIA idmanın siyasətdən kənar olduğunu açıq şəkildə ifadə etdi".

Qeyd edək ki, 2020-ci ildə Rusiya Qran-prisi 25 - 27 sentyabrda keçiriləcək.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh