Avtosfer.az | Reklam
Bakıda məktəbli yanğından təxliyə zamanı özünü binadan atdı - FOTO
Avtosfer Foto 29 Noyabr 2019 16:55 368 dəfə oxunub
Bakıda məktəbli yanğından təxliyə zamanı özünü binadan atdı - FOTO
FHN-nin canlı qüvvə, müvafiq texnika və avadanlıqlarının cəlb edildiyi təlim uğurla başa çatdırılıb

Paytaxt məktəbində yanğın zamanı hərəkətlər və təxliyə planına dair təlim keçirilib. Avtosfer.az xəbər verir ki, təlimin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti vərdişlərini formalaşdırmaq, fövqəladə hadisələr zamanı şagird və müəllim heyətinə davranış qaydalarını öyrətmək, müvafiq qaydalarla bağlı bilik və bacarıqları təkmilləşdirmək, eləcə də müvafiq təhlükəsizlik tədbirlərinə və hadisələrə qarşı məktəbliləri psixoloji cəhətdən hazırlamaqdan ibarətdir.

Bakı şəhərindəki 46 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri iştirak edib.

Təlimdə simulyasiya edilmiş yanğın zamanı həyəcan siqnalı verildikdən sonra FHN-in yanğınsöndürən və təcili tibbi yardım dəstələri təlimatda nəzərdə tutulmuş müddətdə hadisə yerinə çatıb. Şərti yanğın baş vermiş məktəbdə insanların təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülməsi həyata keçirilib, sinif otaqlarında qalmış məktəblilər xilas edilib, şərti xəsarət almış məktəblilərə ilkin tibbi yardım göstərilib.

FHN-nin canlı qüvvə, müvafiq texnika və avadanlıqlarının cəlb edildiyi təlim uğurla başa çatdırılıb.

Tədbirdə çıxış edənlər ümumi təhsil müəssisələrində fövqəladə hallara hazırlıq səviyyəsinin yoxlanılması, məktəb kollektivlərinin fövqəladə hadisələrdən mühafizə üsulları, bu cür hallarda hərəkət qaydaları ilə bağlı bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə davamlı tədbirlər keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

 

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh