Avtosfer.az | Reklam
"Daimler" 10 mindən çox işçisini ixtisar etmək istəyir
Avtodünya 29 Noyabr 2019 17:45 727 dəfə oxunub
"Daimler" 10 mindən çox işçisini ixtisar etmək istəyir
"Mercedes-Benz" avtomobillərin istehsalçısıdır

Almaniyanın aparıcı avtomobil istehsalçısı "Daimler AG" şirkəti 10 mindən çox işçisini ixtisar etməyə hazırlaşır. 

Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb son vaxtlar elektrikli və qənaətcil avtomobillərə tələbatın artması fonunda şirkətin gəlirlərinin azalmasıdır. 

"Daimler" xərclərini azaltmaq üçün işçilərinin sayını azaltmaq istəyir. Bu şirkətə təxminən 1,4 milyard avro (1,5 milyard ABŞ dollarından çox) vəsaitə qənaət etməyə imkan verəcək. 2022-ci ilə qədər davam etməli olan ixtisar prosesi işçi heyətinin 10%-ni əhatə edəcək. 

Xatırladaq ki, 1926-cı ildə yaradılan "Daimler AG" şirkəti "Mercedes-Benz" avtomobillərin istehsalçısıdır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh