Yasa gedən ailə ağır yol qəzasına düşdü: 1 ölü, 3 yaralı - FOTO

Avtosfer Foto 30 Noyabr 2019 20:00 Oxunub 2624
Yasa gedən ailə ağır yol qəzasına düşdü: 1 ölü, 3 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb

Türkiyənin Ağsaray vilayətində yas mərasimində iştirak etmək üçün yol çıxan ailə ağır yol qəzasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə bu gün 09.15 radələrində Ağsaray – Adana avtomagistralının 10-cu kilometrliyində qeydə alınıb.

Məlumata görə, Arif Güləşənin (37) idarə etdiyi 16 GA 564 qeydiyyat nömrə nişanlı “Mercedes” markalı minik avtomobillə, Əli Qaraözün (50) idarə etdiyi 68 AAE 119 qeydiyyat nömrə nişanlı beton qatışdıran maşının sol arxa təkərinə dəyib. Zərbənin təsirindən idarəetmədən çıxan “Mercedes” bir neçə dəfə çevrilib.

Nəticədə avtomobilin sürücüsü Arif Gülşən, anası Ümmügülsüm Gülşən (65), bacısı Handə Sayaroğlu (24) və xalası Kamilə Güney (75) müxtəlif cür bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Ağır yaralanan Kamilə Güney həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib. Digər 3 nəfərin müalicəsi davam etdirilir. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Qeyd olunur ki, Arif Gülşən ailəsi ilə birlikdə, Bursadan Niğdenin Ulukışla rayonunda ölən dayısının yas mərasimində iştirak etmək üçün getdikləri məlum olub.

Müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh