Ekologiya postunun qarşısında ölüm nişanı: Təcili götürülməlidir - VİDEO

Avtosfer TV 1 Dekabr 2019 14:30 Oxunub 11464
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yola qoyulan nişan qəzalara yol açır

Bakı-Sumqayıt yolunda quraşdırılmış nişanlar sürücülərə təhlükə yaradır. Avtosfer.az xəbər verir ki, qeyd etdiyimiz yolda (Ekologiya postunun qarşısında) yolda genişləndirmə işləri aparıldığı üçün təmir gedən ərazidə hərəkət sürəti 30 km saat sürətə endirilib. Lakin hərəkət sürəti 90 km saat sürətdən pilləsiz şəkildə bir başa 40 km saat sürətə endirilib. Bu isə həm qanunvericiliyə görə ziddir, həm də sürücülər üçün təhlükəlidir.  

Redaksiyamıza şikayət ünvanlayan sürücülərdən biri həmin yerdə təhlükəylə üzləşdiyini bildirib. O, qeyd edir ki, noyabrın 29-da Sumqayıt istiqamətində 90 km saat sürətlə hərəkətdə olarkən Ekologiya Postunun düz qarşısında 40 nişanını gördüyü üçün hərəkət sürətini qəfildən aşağı salıb. Bu zaman arxadan gələn sürücü qəzadan son anda yayına bilib. Arxadan gələn sürücü sola, qarşıdakı sürücü isə sağa manevr etməsəydi dəhşətli qəza baş verəcəkdi. Sürücü bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin 902 qaynar xəttinə müraciət etsə də, təhlükə hələ də aradan qaldırılmayıb.

Ümumiyyətcə bu cür təmir gedən ərazilərdə hərəkət sürətinin 30 km saat sürətə salınması doğru deyil. Respublika əhəmiyyətli və 4 zolaqlı yolun təmir gedən hissəsində hərəkət sürətini pilləli şəkildə 50 km saat sürətə salmaqla təhlükəsizliyi təmin etmək mümkündür.


Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh