Qəza törədən sürücüyə cəza

Gündəm 6 May 2015 17:04 Oxunub 1165
Qəza törədən sürücüyə cəza
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Asim Abuşov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Lənkəran Ağır Cinayətlər Məhkəməsində ağır yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Asim Abuşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, Asim Abuşov 3 iyul 2014-cü il tarixdə, saat 22 radələrində Zərdab-Ucar yolunun 10-cu kilometrliyində, Ucar rayonunun Qazyan kəndi ərazisində idarə etdiyi VAZ-2107 markalı minik avtomobili ilə qarşı tərəfdən gələn Ətraf İsmayılovun sürdüyü VAZ-2107 markalı avtomobili ilə toqquşub. Daha sonra idarə etməni itirən Asim Abuşov Araz Babayevin idarə etdiyi “Mercedes bens-180” markalı avtomobillə də toqquşub. 

Hadisə nəticəsində Asim Abuşovun avtomobilində olan sərnişini Aygün Abuşova, Arzu Mamedova ağır yaralanıblar. Hər iki yaralıya tibbi yardım göstərilsə də, Arzu  Mamedova dünyasını dəyişib. 

İstintaq araşdırması zamanı qəza hadisəsi baş verən zaman Asim Abuşov sərxoş olub və sürət həddini aşması nəticəsində bir nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən ağır qəzanın baş verməsində təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib. 

Hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Asim Abuşov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh