Lüis Həmilton "Formula 1" üzrə həm çempionatın, həm də Abu Dabi Qran-prisinin qalibi oldu - FOTO

Yarışma 1 Dekabr 2019 20:30 Oxunub 4172
Lüis Həmilton "Formula 1" üzrə həm çempionatın, həm də Abu Dabi Qran-prisinin qalibi oldu  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Formula 1 üzrə çempionatın Konstruktorlar Kubokunun qalibi də "Mercedes" komandası olub

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərinin "Yas Marina" avtodromunda 2019-cu il "Formula 1" üzrə Abu Dabi Qran-prisinin həlledici mərhələsi başa çatıb. Avtosfer xəbər verir ki, mövsümün son yarışının qalibi adını da "Mercedes"in britaniyalı pilotu Lüis Həmilton qazanıb. İkinci yeri "Red Bull"dan niderlandlı Maks Ferstappen tutub.

İlk "üçlüy"ü "Ferrari"dən belçikalı Şarl Lekler qapayıb.

Qeyd edək ki, yürüş zamanı "Toro Rosso" pilotunun bolidi Pyer Qaslinin ön qanadı qırılıb və nəticədə Qasli finişə 18-ci çatıb. "Racing Point"dən Lens Stroll isə finişə ümumiyyətlə çata bilməyib. Xatırladaq ki, Lüis Hemilton bu yarışdan öncə 6 qat dünya çempionluğunu təmin etmişdi.

Əlavə edək ki, 2019-cu il Formula 1 üzrə çempionatın Konstruktorlar Kubokunun qalibi də "Mercedes" komandası olub.

 

İlkin 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh