Paytaxtda ən çox qaçırılan avtomobillərin REYTİNQİ

Avtoxəbər 1 Dekabr 2019 23:35 Oxunub 2520
Paytaxtda ən çox qaçırılan avtomobillərin REYTİNQİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ən çox qaçırılan marka “Toyota” olub

Cari ilin 10 ayı ərzində Moskvada cinayətkarlar tərəfindən qaçırılan ən çox avtomobillər Asiya markaları olub. Avtosfer.az xəbər verir ki, bu barədə paytaxt prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilir ki, 2019-cu ilin yanvar-oktyabr aylarında qaçırılan digər nəqliyyat vasitələrindən ən çox yapon markası “Toyota” oğurlanıb – 221 dəfə federal axtarışa verilib.

İlk üçlüyə həmçinin iki Koreya brendi – “KİA” (156) və “Hyundai” (140) daxil olub.

Bundan əlavə, 10-luğun reytinqinə “VAZ” (85) , “Mazda” (75), “Lexus” (61), “Ford” (53), “Nissan” (45), “BMW” və “Renault” (39) düşüb.

Keçən il isə qaçırılan modellərini siyahısında, ilk pilləni “Mercedes” markası tutub.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh