295 minlik “BMW” ilə qəza törətdi: avtomobil yarasız vəziyyətə düşdü - FOTO

Avtosfer Foto 1 Dekabr 2019 17:15 Oxunub 2729
295 minlik “BMW” ilə qəza törətdi: avtomobil yarasız vəziyyətə düşdü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırmalardan sonra avtomobil evakuatorla avtodayanacağa aparılıb

Türkiyənin Antalya vilayətində Ukrayna vətəndaşı 295 min manatlıq avtomobillə qəza törədib. Avtosfer.az xəbər verir ki, insident bu gün 10.30 radələrində D-400 magistral yolunda qeydə alınıb.

Məlumata görə, Kaş rayonu Qalxan məhəlləsindən Antalya istiqamətində hərəkətdə olan ukraynalı Mark First adlı şəxsə məxsus 34 CJE 567 qeydiyyat nömrə nişanlı “BMW” markalı lüks avtomobil, Seyir Təpə yaxınlarında idarəetmədən çıxıb. Lüks avtomobil əvvəlcə dəmir baryerlərə sonrada yük maşınına çırpılıb.

Qəzada xəsarət alan olmasa da “BMW” yararsız vəziyyətə düşüb.

Sürücülərin xəbər verməsi ilə hadisə yerinə polis əməkdaşları gəlib. Araşdırmalardan sonra avtomobil evakuatorla avtodayanacağa aparılıb.

Mark Firstin qəza törətdiyi avtomobilin bazar qiyməti təxminən 295 min manat olduğu qeyd edilir.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh