Rəssamlar İttifaqının maşını sayrışan işıqlar taxıb "protiv" gedir: Xəstəsi var imiş - VİDEO

Avtosfer TV 2 Dekabr 2019 12:45 Oxunub 2524
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Axına qarşı hərəkət edərək təhlükə yaradıb

Paytaxtın mərkəzində qaydaları kobud şəkildə pozan sürücünün görüntüsü digər avtomobildəki sərnişin tərəfindən  qeydə alınaraq redaksiymıza göndərilib. Avtosfer.az xəbər verir ki, noyabrın 27-də paytaxtın Rəşid Behbudov küçəsində hərəkət edən 90-AF-556 qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü,  axına qarşı hərəkət edərək qarşıdan gələn avtomobillərə təhlükə yaradıb. Avtomobilə qanunsuz olaraq sayrışan işıq siqnalları da quraşdırılıb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə qaydaları pozan avtomobil Azərbaycan Rəssamlar İttifaqına məxsusdur.

Avtomobili idarə edən şəxs redaksiyamızla əlaqə saxlayıb. Bildirib ki, avtomobildə xəstə olub və yaxınlıqdakı həyətə girirmiş.

Videonu təqdim edirik:

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh