Bakı-Sumqayıt yolu bağlanıb: Yoldakı nişan belə deyir - VİDEO

Avtosfer TV 2 Dekabr 2019 13:10 Oxunub 1395
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda mövcud olan nişan sürücülərin Sumqayıta getməsinə icazə vermir.

Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqaməti olan hissəsində (Ekologiya Postunun qarşısında) müvəqqəti yol nişanları quraşdırılıb. Avtosfer.az xəbər verir ki, təmir gedən ərazidə qanunauyğun olmayan nişanlar sürücüləri çaşdırır. Belə ki, yolun hərəkət hissəsində olan  maneənin qarşısına 4.2.2 nişanı (maneəni soldan keçmə nişanı) quraşdırmaq əvəzinə,  4.1.3 nişanı (Sola məcburedici nişan) quraşdırılıb. Hazırda mövcud olan 4.1.3 nişanı sürücülərin düzünə-Sumqayıt istiqamətinə getməsinə icazə vermir.

Qeyd edək ki, həmin ərazidə olan sürət nişanları barədə də Avtosfer.az saytında məlumat dərc edilmişdi. Lakin hələ də həmin təhlükə yaradan nişanlar ərazidən götürülməyib.

 

Təbriz Yusubov

ŞƏRH YAZ
Ad

E-mail

Şərh