Avtosfer.az | Reklam
MSK Gəncədə polis üçün seminar keçirib - FOTO
Gündəm 2 Dekabr 2019 14:10 428 dəfə oxunub
MSK Gəncədə polis üçün seminar keçirib - FOTO
Seçki subyektlərinin fəaliyyətinin qanunsuz müdaxilənin yolverilməzliyi barədə danışılıb

Gəncədə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən Polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunan seminar keçirilib.

Avtosfer.az xəbər verir ki, "Report"un Qərb Mərkəzinin məlumatına görə, tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvləri Baxşeyiş Əsgərov və İlkin Şahbazov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Hamlet Hümbətəliyev çıxış ediblər. 

Seminarda seçkidən sonrakı dövrdə seçki bülletenlərini və digər seçki sənədlərinin Dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsi, seçki subyektləri, onların hüquq və vəzifələri, seçki subyektlərinin fəaliyyətinin qanunsuz müdaxilənin yolverilməzliyi barədə danışılıb.

Gültən

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh