
Göldə iki balıqçı itkin düşüb
Gündəm 2 Dekabr 2019 15:00 421 dəfə oxunub

Hazırda göldə xilasetmə qrupu iş aparır
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda yerləşən Candargöldə iki balıqçı itkin düşüb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb. Güclü külək balıqçıların olduğu qayığı aşırıb.
Hazırda göldə xilasetmə qrupu iş aparır. İtkin düşən şəxslərin axtarışlarına helikopterin cəlb olunacağı istisna edilmir.
ŞƏRH YAZ
DIGƏR XƏBƏRLƏR