İki bacı sürücüyə “avtobusu təhlükəli sürürsüz, qorxuruq” dedilər: sonrası VİDEOda

Avtosfer TV 2 Dekabr 2019 23:30 Oxunub 2368
İki bacı sürücüyə “avtobusu təhlükəli sürürsüz, qorxuruq” dedilər: sonrası VİDEOda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar polis bölməsinə gedərək sürücüdən şikayət ediblər

Türkiyənin İstanbul şəhərində iki bacı avtobus sürücüsü tərəfindən döyülüb. Avtosfer.az xəbər verir ki, insident ötən həftənin cümə günü baş verib.

İddiaya görə, iki bacı Bağçaşəhərdən Əsənyurda getmək üçün avtobusa miniblər. Marşrut sürücüsü yolda irəlilədiyi zaman qarşısında hərəkətdə olan avtomobilin sürücüsünə əsəbiləşib və avtobusu təhlükəli idarə etməyə başlayıb. Vəziyyətdən qorxuya düşən sərnişin qismindəki bacılar, “avtobusu təhlükəli sürürsüz, qorxuruq”- deyərək sürücüyə xəbərdarlıq edərək enmək istədiklərini bildiriblər. Sürücü avtobusu saxlayıb gənc qızları endirdikdən sonra özü də düşərək onları təhqir etməyə, hətta vurmağa başlayıb. Ardınca isə heç nə olmamış kimi avtobusa minərək hadisə yerindən uzaqlaşıb.

Bundan sonra iki bacı polis bölməsinə gedərək sürücüdən şikayət ediblər.

Hadisənin görüntüləri isə təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh