Avtosfer.az | Reklam
Bakıda sürücü piyadanı vurub qaçdı
Qəzalar 2 Dekabr 2019 16:15 356 dəfə oxunub
Bakıda sürücü piyadanı vurub qaçdı
Gürcüstan vətəndaşı İ.Ocaqverdiyev saxlanılıb

Piyadanı vuraraq hadisə yerindən qaçmış şəxs saxlanılıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb. 

Məlumata görə, hadisə noyabrın 28-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, müəyyən edilməmiş avtomobil yolu keçən Bakı şəhər sakini A.Kərimovanı vurub. Piyada xəstəxanaya çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış “Mercedes” markalı avtomobilin sürücüsü, Gürcüstan vətəndaşı İ.Ocaqverdiyev saxlanılıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh