Avtosfer.az | Reklam
Mingəçevirdə hüquq-mühafizə orqanlarının əməkdaşları məktəblilərlə görüşüb
Gündəm 2 Dekabr 2019 16:30 334 dəfə oxunub
Mingəçevirdə hüquq-mühafizə orqanlarının əməkdaşları məktəblilərlə görüşüb
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Mingəçevir Şəhər Polis və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə, şəhər 10 saylı orta məktəbdə “ Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə şəhər Polis Şöbəsinin, Prokurorluğunun, Təhsil Şöbəsinin əməkdaşları, Narkoloji Dispanserin həkimi, eləcə də məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak edib.

Tədbirdə çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Hikmət Qasımov bəşəriyyətin ən böyük bəlalarından biri olan narkomaniyaya qarşı birgə mübarizənin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Şöbə rəisi qeyd edib ki, gənclər arasında sağlam həyat tərzinin təbliği, narkomaniya və digər neqativ halların qarşısının alınması məqsədilə keçirilən belə maarifləndirici tədbirlərin böyük rolu var. H.Qasımov ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ciddi tədbirlərin həyata keçirildiyini məktəblilərin diqqətinə çatdırıb.

Şəhər prokuroru Elmar Camalov da mövzu barəsində şagirdlərə geniş məlumat verib, onları zərərli vərdişlərdən uzaq durmağa, faydalı işlərlə məşğul olmağa çağırıb. O, narkomaniya və onun törətdiyi fəsadlardan, narkotik vasitələrin insan həyatı və onun sağlamlığı üçün ən ağır bəla olduğundan, eyni zamanda bu bəlaya aludə olanların qarşılaşdıqları problemlərdən geniş bəhs edib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh