Avtosfer.az | Reklam
Şəhərlərarası reys avtobusu uçuruma yuvarlandı: azı 15 ölü, 21 yaralı - VIDEO
Qəzalar 2 Dekabr 2019 17:00 299 dəfə oxunub
Şəhərlərarası reys avtobusu uçuruma yuvarlandı: azı 15 ölü, 21 yaralı - VIDEO
Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb olunub

Çilinin şimalında şəhərlərarası reys avtobusunun qəzaya uğraması nəticəsində azı 15 nəfər ölüb, daha 21 nəfər isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident bu gün Talıtalı şəhəri yaxınlığında qeydə alınıb. Bu barədə “Bio-Bio” radiostansiyası məlumat yayıb.

Məlumata görə, avtobus Antofaqasta şəhərindən dünən axşam saatlarında yol düşərək paytaxt Santyaqoya istiqamətində hərəkət edib və trasın dağlıq ərazidən keçən hissəsində sürücünün idarəetməsindən çıxaraq uçuruma yuvarlanıb.

Bildirilir ki, avtobusda ümumilikdə 50 nəfər olub. Yaralılar Talıtalı şəhər xəstəxanalarına çatdırılıblar.

Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb olunub.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh