Elektron etibarnamə üçün tələb olunan şifrə məsələsinə aydınlıq gətirilib

Yeniliklər 2 Dekabr 2019 18:45 Oxunub 1793
Elektron etibarnamə üçün tələb olunan şifrə məsələsinə aydınlıq gətirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şifrə yalnız ilk dəfə qeydiyyatdan keçdikdə tələb edilir

Avtomobillər üçün elektron etibarnamə üçün tələb olunan şifrə məsələsinə aydınlıq gətirilib. Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib ki, xidmət Ədliyyə Nazirliyinin istifadəyə verdiyi "Mobil notariat" tətbiqi vasitəsilə və "myGov" platforması üzərindən göstərilir. O bildirib ki, istifadəçinin ASAN imzansı və ya elektron imzası varsa, həmin xidmətdən heç bir şifrəsiz istifadə edə bilər: "Əgər siz bu günə qədər elektron hökumət portalında qeydiyyatdan keçməmisinizsə ilk dəfə identifikasiyaya ehtiyac var. Ona görə biz alternativ kimi bu imkanı da yaratmışıq, ASAN imzanız, elektron imzanız yoxdursa, belə halda bir dəfə ilkin şifrəni götürmək üçün notariat kontoruna gəlirsiniz.

Şifrə yalnız ilk dəfə qeydiyyatdan keçdikdə tələb edilir və sonra istənilən qədər əməliyyat həyata keçirmək mümkündür".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh