Avtosfer.az | Reklam
Ağstafada yol qəzası: 5 yaralı
Qəzalar 2 Dekabr 2019 19:35 333 dəfə oxunub
Ağstafada yol qəzası: 5 yaralı
Faktla bağlı araşdırma aparılır

Ağstafa rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb. Belə ki, iki avtomobil toqquşub. Nəticədə 5 nəfər Qazax rayon sakinləri - Alməmmədli Rəvan (2005), Nuriyeva Aytən (1984), Məmmədova Tahirə (1999), Ağstafa rayon sakinləri - Əlizadə Əli (1993) və Əliyeva Samirə (1998) müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh