Avtosfer.az | Reklam
Qeyri-sabit hava şəraiti kütləvi qəzaya səbəb oldu: 1 ölü, 16 yaralı - VİDEO
Qəzalar 2 Dekabr 2019 20:10 349 dəfə oxunub
Qeyri-sabit hava şəraiti kütləvi qəzaya səbəb oldu: 1 ölü, 16 yaralı - VİDEO
Şosedə 40-a yaxın avtomobil toqquşub

Kanadada qeyri-sabit hava şəraiti kütləvi yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, insident ötən gün Ontario əyalətinin Kinqston şəhəri yaxınlığından keçən sürət trasında qeydə alınıb. Bu barədə CTV telekanalı məlumat yayıb.

Polisin məlumatına görə, şosedə 40-a yaxın avtomobil toqquşub. Nəticədə 1 nəfər ölüb, 16 nəfər isə xəsarət alıb. Onlardan üçünün vəziyyəti ağırdır. Qəzanın qalan iştirakçıları avtobuslarla şəhərin sosial mərkəzlərinə isinmək üçün göndəriliblər.

Sinoptiklər, Kinqstona 15 santimetrə qədər qar düşə biləcəyini proqnozlaşdırıblar.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh