Velosiped yarışına görə mayın 7-də bu yollar bağlanacaq - SİYAHI

Gündəm 6 May 2015 23:47 Oxunub 1500
Velosiped yarışına görə mayın 7-də bu yollar bağlanacaq - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Tour ” d’ Azerbaidjan”ın ikinci mərhələsində bağlanacaq yollar məlum olub 

“Tour ” d’ Azerbaidjan” beynəlxalq velosiped turu ilə bağlı ölkə ərazisində bağlanacaq yolların siyahısı məlum olub. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı, Sumqayıt və Mingəçevir şəhərləri, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Ağdaş, Yevlax, Oğuz, Şəki rayonlarının ərazisindən keçməklə, 5 mərhələdən ibarət olan “TOUR d’ AZERBAİDJAN” beynəlxalq velosiped turunun 2-ci mərhələsinin keçirilməsi ilə əlaqədar mayın 7-də  aşağıdakı küçə və yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq:

 

Bakı şəhərində:

Salyan şosesi, veloparkdan Lökbatan dairəsinədək, (bir istiqamətdə)

saat 10:15-dən 10:40-dək,

 

Bakı-Ələt yolunda:

Bakı-Ələt yolunun 14-cü kilometrindən (km) Bakı Kənarkeçmə yolunun Bakı-Sumqayıt yolunun kəsişməsinədək (Biləcəri qəsəbəsi istiqamətində)

saat  10:40-dan 10:55-dək,

 

Bakı-Şamaxı yolunda:

Bakı-Şamaxı yolunun 9-cu km-dən 12-ci km-dək (Şamaxı istiqamətdə)

saat 10:50-dən 11:05-dək,

 

Bakı-Şamaxı yolunun 12-ci km-dən 25-ci km-dək (hər iki istiqamətdə)

saat 11:00-dan 11:20-dək,

 

Bakı-Şamaxı yolunun 25-ci km-dən 90-cı km-dək (hər iki istiqamətdə)

saat 11:15-dən 13:00-dək,

 

Bakı-Şamaxı yolunun 90-cı km-dən 125-ci km-dək (hər iki istiqamətdə)

saat 13:00-dan 13:45-dək,

 

Bakı-Şamaxı yolunun 125-ci km-dən 141-ci km-dək (hər iki istiqamətdə)

saat 13:40-dan 14:00-dək,

 

Muğanlı-İsmayıllı yolunun 1-ci km-dən 20-ci km-dək (hər iki istiqamətdə)

saat 13:50-dən 14:20-dək,

 

Muğanlı-İsamyıllı yolunun 20-ci km-dən 40-cı km-dək (hər iki istiqamətdə)

saat 14:15-dən 15:40-dək,

 

İsmayıllı rayon mərkəzində:

saat 15:00-dan 15:40-dək.

 

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh