
Cəlilabadda yol qəzası: xəsarət alan var
Qəzalar 2 Dekabr 2019 20:15 250 dəfə oxunub

Faktla bağlı araşdırma aparılır
Cəlilabad rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Fətullaqışlaq kəndində qeydə alınıb. Yol qəzası nəticəsində həmin kəndin sakini, 1965-ci il təvəllüdlü Rahilə Hüseyn qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralıya xəstəxanada müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DIGƏR XƏBƏRLƏR