Avtosfer.az | Reklam
Yevlaxda toydan qayıdanlar avtoqəzaya düşüb, bir neçə nəfər xəsarət alıb
Qəzalar 2 Dekabr 2019 21:15 2157 dəfə oxunub
Yevlaxda toydan qayıdanlar avtoqəzaya düşüb, bir neçə nəfər xəsarət alıb
Faktla bağlı araşdırma aparılır

Yevlaxda avtomobil qəzası qeydə alınıb, xəsarət alanlar var. APA-nın məlumatına görə, hadisə rayonun Balçılı kəndi yaxınlığında baş verib. "VAZ 2107" və "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar - Yevlax sakinləri, 1987-ci il təvəllüdlü Oqtay Talıbov, 1992-ci il təvəllüdlü Teymur İsmayılov və 1992-ci il təvəllüdlü Xəyal Hüseynov xəstəxanaya yerləşdirilib. Məlumata görə, avtomobildə olanlar toy məclisindən qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh