Avtosfer.az | Reklam
Ziya Bünyadov prospektində zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO
Qəzalar 2 Dekabr 2019 23:45 2087 dəfə oxunub
Ziya Bünyadov prospektində zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO
Əsas yolda hərəkət 20 yanvar dairəsi istiqamətində məhdudlaşdırılıb

Bir qədər əvvəl Ziya Bünyadov prospektində - Nəcəf Nərimanov küçəsi ilə kəsişmədə (20 yanvar dairəsi sitiqamətində) yol - nəqliyyat hadisəsi baş verib. Hazırda hadisə baş verən hissəyədək hər iki istiqamətdə sıxlıq müşahidə olunur.
Bakı  Nəqliyyat Agenliyin mətbuat katibi Mais Ağayev Avtosfer.az-a bildirib ki, qəza ilə əlaqədar Ziya Bünyadov prospekti əsas yolda hərəkət 20 yanvar dairəsi istiqamətində məhdudlaşdırılıb.

Qəza zamanı 25 yaşlı Naqutin Aleksandr Valerieviç, 23 yaşlı Quliyev Teymur Tofiq oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. A.Naqutinə sol qol, sağ bud sümüyünün sınığı, T.Quliyevə isə qapalı kəllə-beyin travması, sağ topuq nahiyəsinin sınığı diaqnozları qoyulub.

Gültən

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh