Baş nazirin təyyarəsi anqara çırpılıb - FOTO

Gündəm 3 Dekabr 2019 13:30 Oxunub 869
Baş nazirin təyyarəsi anqara çırpılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Castin Tryudo tədbirə başqa hava gəmisi ilə yola düşüb

Kanada baş nazirinin təyyarəsi anqarla toqquşduqdan sonra sırdan çıxıb. Avtosfer.az xəbər verir ki, oktyabrın 18-də baş vermiş insidentlə bağlı CTV telekanalı məlumat yayıb.

Məlumata görə, təyyarə oktyabrın 18-də Trenton şəhərində yerləşən aviabazanın anqarına çırpılıb. Həmin gün Castin Tryudo hava gəmisi ilə beynəlxalq tədbirdə iştirak etmək üçün gedirdi.

Bildirilir ki, baş nazirin xidmətində 4 belə təyyarə var.

NATO-nun sammitinə o, başqa təyyarə ilə gedib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh